Tiker Simvolu

fond birjasında satılan səhmləri ifadə edən hərflərdir.
Tiker
Tikinti
OBASTAN VİKİ
Tiker
Tiker (ing. ticker symbol) və ya ehtiyat simvolu. Birjada spesifik ehtiyatların hesablanması üçün nəzərdə tutulub. Valyutaların kodu tikerin analoqu sayılır. Tiker Tomas Edison tərəfindən ixtira edilmişdir.
ESC simvolu
ESC simvolu – ASCII yığınında təyin olunmuş 32 idarəedici koddan biri; adətən, escape-ardıcıllığın (ESCAPE SEQUENCE) başlanğıcını göstərir. Onluq kodu – 27, onaltılıq kodu – 1Bh. Escape-ardıcıllıqlardan Hewlett-Packard şirkətinin LaserJet seriyalı lazerli printerlərinin işini idarə etmək üçün PCL dilində geniş istifadə olunur.
Ertələmə simvolu
1.Ertələmə simvolu(cancel) – verilənlərin printerə və başqa kompüterlərə ötürülməsində istifadə olunan idarəedici simvol; CAN kimi işarə olunur. Adətən, ötürülən mətn sətrinin ləğv olunmasını bildirir. ASCII simvollarının əsas yığınında ertələmə simvolunun kodu 24-dür. 2.Ertələmək – verilmiş əməliyyatın istifadəçi tərəfindən ləğv olunması. Dialoq bokslarının (DIALOG BOX) bir çoxunda təsdiq ediləsi əməliyyatlar üçün Cancel (ertələ) düyməsi olur. Onu basdıqda heç bir əməliyyat yerinə yetirilmədən pəncərə ekrandan yox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Görüntü simvolu
Görüntü simvolu (ing. graphics character) — özünə oxşar simvollarla kombinasiyada çox sadə qrafik görüntülər verə bilən simvol. ASCII 95 simvol: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, Bakı nəşriyyatı, 996 s.
Qazaxıstanın simvolu
Qazaxıstanın gerbi — 4 iyun 1992-ci ildə qəbul edilib. Gerbin müəllifləri Jandarbek Məlibekov və Şota Vəlixanovdur. Final mərhələsində gələcək gerbin təxminən 245 ideya və 67 təsvir layihəsi iştirak edirdi. 1992-ci ilə qədər, Qazaxıstanın gerbi bütün digər keşmiş müttəfiq sovet respublikalarının gerbinə oxşar idi. Emblem Tibet Yel Atı simvoluna oxşadılaraq, mifik atların qanadlarının köməyi ilə tənzimlənən alaçığın üst hissəsindəki günbəzə oxşar şanırakın (qaz. Шаңырақ, şañıraq; daha çox rus transkripsiyası ilə rus. Шанырак təsadüf olunur) təsviridir. Emblemin dairə forması həyat və əbədiyyət rəmzidir. Şanırak ailə rifahı, sülh və əmin-amanlıq rəmzidir. Qazax şanırakına çox oxşar dizayn qonşu ölkə olan Qırğızıstan bayrağında istifadə edilir.
Sorğu simvolu
Sorğu simvolu – rabitə sistemlərində: verici qurğu tərəfindən göndərilən və qəbuledici qurğu onu aldıqda geriyə hər hansı cavab göndərməli və ya özünü tanıtmalı olduğu kod. ASCII kodunda ENQ simvolunun onluq qiyməti 5-dir (onaltılıq – 05h).
Tabulyasiya simvolu
Tabulyasiya simvolu — tab character ~ символ табуляции ~ sekme karakteri ~ səkmə simvolu, tabulyasiya simvolu – ekranda və çap olunan səhifədə sətirlər və sütunları düzləndirmək üçün istifadə olunan işarə. Tabulyasıya simvolu görünüşcə Spacebar klavişini basarkən daxil edilən boşluq simvolları ardıcıllığından fərqlənmir, ancaq kompüter üçün tabulyasiya simvolu və boşluq simvolu ayrı-ayrı simvollardır. Faylların ötürülməsi və saxlanması ilə bağlı bəzi əməliyyatlar zamanı tabulyasiya simvolu uyğun sayda boşluq simvoluna çevrilir ki, bu da faylın bir proqramda yaradılıb, başqa proqramda istifadə edildiyi hal üçün çox faydalıdır. ASCII kodlaşdırma sxemində tabulyasiya simvolu üçün iki kod var: ekrana, yaxud səhifəyə köndələn aralıqlar almaq üçün üfüqi tabulyasiya (onluq kodu: 9, onaltılıq kodu: 9h) və ekran, yaxud səhifə boyunca aralıqlar almaq üçün şaquli tabulyasiya (onluq kodu: 11, onaltılıq kodu: 08h). Dialoq boksunda bir neçə səhifənin əyani göstərilməsi. Hər hansı səhifəyə keçmək üçün, sadəcə, həmin səhifənin adı yazılmış "qulaqlığı" çıqqıldatmaq lazımdır. tabbed browsing – səkməklə gözdən keçirmə; veb-brauzerin yuxarısındakı "qulaqlıq"ları (TABS) çıqqıldatmaqla bir pəncərədə açılmış bir neçə veb-səhifənin birindən o birinə tez keçmək imkanı. Birdən çox veb-səhifə açıldıqda brauzerin pəncərəsinin yuxarısında "qulaqlıq"lar əmələ gəlir. Hər bir açıq veb-səhifənin öz "qulaqlığ"ı olur və aktiv "qulaqlıq" öz səhifəsi ilə ön planda əks olunur, qeyri-aktiv "qulaqlıq"lar isə arxada gizlənir. İstifadəçi hər hansı "qulaqlığ"ı çıqqıldatmaqla onu aktivləşdirə, yəni həmin səhifəni ön plana keçirə bilər.
Karetin dönüşü simvolu
Karetin dönüşü simvolu (carriage return CR) – cari sətrin başlanğıcına qayıtmağın zəruriliyini göstərən idarəedici simvol. Yazı makinasında karetin dönüşündən fərqli olaraq, bu simvol avtomatik olaraq növbəti sətrin başlangıcına keçidi təmin etmir. Məsələn, əgər “Bu, bir örnəkdir” sözlərindən sonra yalnız CR gəlirsə, kursor və ya printer “Bu” sözünün birinci hərfinə qayıdacaq. ASCII simvollar yığınında CR simvolunun kodu onluq 13 ədədidir (onaltılıq kodu 0Dh). Çox zaman CR simvolu ilə birlikdə kursoru (və ya printerin çap başçığını) növbəti sətrə keçirən sətirkeçirmə (LINE FEED) simvolundan (onluq 10 ədədi və ya onaltılıq 0Ah ədədi) istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qarpız (Fələstin simvolu)
Qarpız – fələstinlilərin etiraz aksiyalarında və sənət əsərlərində istifadə etdikləri simvol. İsrailin Fələstin torpaqlarını işğalına qarşı mübarizəni simvolizə edir. Qarpızın Fələstin simvolu kimi istifadə olunmasının tarixi 1967-ci ilə gedib çıxır. Altıgünlük müharibə zamanı İsrail Fələstin torpaqlarını işğal etmiş və Fələstin bayrağını nümayiş etdirməyi qadağan etmişdir. Qadağadan sonra fələstinlilər simvol kimi qarpızdan istifadə etməyə başlamışdırlar. Belə ki, qarpız diliminin rəngləri Fələstin bayrağının rəngləri ilə uyğundur: yaşıl, qırmızı, qara və ağ. İsrail hökuməti sadəcə Fələstin bayrağını deyil, Fələstin bayrağının rənglərini əks etdirən sənət əsərlərinə də senzura tətbiq etmişdir. Məsələn, 1980-ci ildə fələstinli rəssam İssam Bədrlin Ramallahda baş tutmuş sərgisi bu səbəbdən dayandırılmışdır: 1993-cü ildə imzalanmış Oslo akkordlarından sonra Fələstin bayrağı haqqındakı qadağa götürülmüşdür. Həmin vaxt "The New York Times" nəşri "qarpız dilimi daşıyan fələstinli kişilərin həbs olunması" barədə iddia yayımlamışdır. 2021-ci ildə İsrail məhkəməsinin Şeyx-Cərrahda yaşayan fələstinli ailələrin köçürülməsi barəsində qərardan, eləcə də, 2023-cü ildə başlayan İsrail–HƏMAS müharibəsindən sonra qarpız simvolu daha da populyarlaşmışdır.
Aypara və ulduz simvolu
Aypara və ulduz — ən qədim din və dövlət rəmzlərindən biridir. Daha çox müsəlman dünyasında yayılmışdır. == Türk-müsəlman simvolikasında aypara-ulduz == Deməli, bu rəmz həmişə müqəddəs sayılıb, sadəcə, zaman keçdikcə məzmununu dəyişərək İslamın da simvoluna çevrilmişdir. Bu proses türk xalqlarının X əsrdən başlayaraq İslamı qəbul edib, müsəlman dünyasında siyasi liderliyi öz üzərinə götürdüyündən sonra baş vermişdir. İlkin İslamda bütün müsəlmanlar tərəfindən qəbul edilmiş bir simvol olmamışdır, lakin XI əsrdən başlayaraq, xristian-müsəlman qarşıdurması şiddətlənmişdir və xristianlar bu qarşıdurmada xaç simvollarından geniş istifadə edirdilər. İspaniyada Rekonkista və Xaçlı yürüşləri zamanı xristianlar üzərində xaçın təsviri olan bayraqlardan, qalxanlardan, dəbilqələrdən istifadə edərək savaşlar aparmışdırlar. Buna qarşı İslam ideyasını əks etdirən bir rəmzin tətbiq edilməsinin zərurəti yaranmışdır. Bu rəmzi də müsəlman dünyasında liderliyi ələ keçirən türklər gətirdilər. Xaçlılara qarşı mərdliklə vuruşan müsəlman türklər öz qədim simvolu olan aypara və ulduzdan istifadə etmişdirlər və bu andan o İslamın rəmzinə çevrilmişdir. Gələcəkdə isə aypara və ulduz rəmzi Osmanlı imperiyasının simvolu olmuşdur.
Het Günəş Simvolu Heykəli
Hitit Günəş Simvolu Heykəli (tür. Hitit Güneş Kursu Anıtı) ― heykəltaraş Nüsrət Suman tərəfindən yaradılmış və Günəş hititinə həsr olunmuş heykəl, abidə. 1978-ci ildən bəri Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Sixiya meydanında yerləşən heykəldir. == Tarixçəsi == Abidə Alacahöyükdə qazıntılar zamanı tapılmış Günəş Kursu Hititin abidəsinin nüsxəsidir. 1973-cü ildə Bələdiyyə Başçısı Vədat Dalokay onu şəhərin simvolu kimi saxladı. Ankara Universitetinin simvolu günəşli bir diskdir. Bu simvol adətən Hitit sivilizasiyasına aiddir və Ankara və Anadolunu ifadə edir. 1977-dan 1995-a qədər olan dövrdə Hititin Günəş Simvolu Ankara bələdiyyəsinin simvolu olaraq istifadə edilmişdir. Lakin 29 iyun 1995-ci ildə Ankara Bələdiyyə Məclisinin qərarına uyğun olaraq loqotip dəyişdirilərək müasir vəziyyətini aldı.
Hitit Günəş Simvolu Heykəli
Hitit Günəş Simvolu Heykəli (tür. Hitit Güneş Kursu Anıtı) ― heykəltaraş Nüsrət Suman tərəfindən yaradılmış və Günəş hititinə həsr olunmuş heykəl, abidə. 1978-ci ildən bəri Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Sixiya meydanında yerləşən heykəldir. == Tarixçəsi == Abidə Alacahöyükdə qazıntılar zamanı tapılmış Günəş Kursu Hititin abidəsinin nüsxəsidir. 1973-cü ildə Bələdiyyə Başçısı Vədat Dalokay onu şəhərin simvolu kimi saxladı. Ankara Universitetinin simvolu günəşli bir diskdir. Bu simvol adətən Hitit sivilizasiyasına aiddir və Ankara və Anadolunu ifadə edir. 1977-dan 1995-a qədər olan dövrdə Hititin Günəş Simvolu Ankara bələdiyyəsinin simvolu olaraq istifadə edilmişdir. Lakin 29 iyun 1995-ci ildə Ankara Bələdiyyə Məclisinin qərarına uyğun olaraq loqotip dəyişdirilərək müasir vəziyyətini aldı.
Üç meymun (buddizm simvolu)
Üç meymun (yap. 三猿, sandzaru və ya 三匹の猿, sambiki no saru — «üç meymun») — buddizm simvollarını əks etdirən üç meymunun təsviri. «Əgər mən şəri görmürəmsə, onun haqqında eşitmirəmsə və danışmıramsa deməli ondan müdafiə olunmuşam» — Şər haqqında ideya - «görməzlik» (見ざる mi-dzaru), «eşitməzlik» (聞かざる kika-dzaru) və «danışmazlıq» (言わざる iva-dzaru). Bu şəkilli atalar sözünü məhşulaşdıran mənbə Nikko, Yaponiya da məşhur Tōshō-gū məbədinin qapısı üzərində 17-ci əsrdən qalma bir oymadir. Toshogu Məbədi üzərindəki oymalar Hidari Jingoro tərəfindən həkk olunub, və insan ömrünü təsvir etmək üçün meymundan istifadə edərək, Konfutsinin Davranış Kodu ilə əlaqəli olduğu güman edilir. Ümumi 8 panel mövcuddur və 3 ağıllı meymunun təsviri şəkli 2-ci paneldədir. Bununla beləç bu fəlsəfənin, ilk dəfə Yaponiyaya Çindən 8-ci əsrdə (in Nara Dövrü ) Tendai - Buddist əfsanəsi ilə gəldiyi ehtimal edilir. Bu figurların təriqətin 3 prinsipini təmsil etdiyi güman edilir.

Digər lüğətlərdə